Haqqımızda


 
Biz kimik?
 
“İnternational Legal Services” Məhdud Məsuliyyətli Cəmiyyəti 25.01.2016-ci il tarixdə qanunvericiliyə uyğun olaraq təsis edilmiş və hal-hazırda hüquq xidmətləri üzrə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxsdir, istər Azərbaycan Respublikasında, istər də onun hüdudlarından kənarda qüvvədə olan qanunlara uyğun olan hər cür əqdlər, sazişlər, müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək hüququna malikdir.

Cəmiyyət müstəqil balansa, möhürə, ştampa, firma işarəsinə (emblemə), bank hesablarına və digər rekvizitlərə malikdir. Cəmiyyətin peşakar personalı vardır və hər bir işçi özlüyündə işgüzar nüfuzu ilə seçilir. Hal-hazırda Cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 6 ünvanında fəaliyyət göstərir və standartlara cavab verən ofisi vardır. 
 
Missiyamız
 
“İnternational Legal Services” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizdə keyfiyyətli hüquq xidmətlərimizlə təkcə Bakı şəhərində yox, eyni zamanda regionlarımızda da, hüquqi və fiziki şəxslərə xidmət göstərmək və faydalı tərəfdaş kimi fəaliyyət istiqamətlərimizi xarici ölkələrə də yaymaq niyyətindədir. Cəmiyyət öz fəaliyyət istiqamətləri sahəsində istər ölkəmizdə, istərsə də, ölkəmizin hüdudlarından kənarda birinci yeri hədəfləyir.
 
Üstünlüklərimiz
 
Biz Sizə yüksək dəyər verməklə, hər zaman Sizin maraq və mənafelərinizin qorunmasında əzmlə çalışmağı və keyfiyyətli xidmətlər təqdim etməyi vəd edirik. Cəmiyyət öz işində peşəkar xidmətə, işgüzar etikaya, operativlik, məxfilik prinsiplərinə üstünlük verir. Müştərilərimizin etimadını qiymətləndirməklə onların mənafeyini üstün tuturuq. Biz, fəaliyyət göstərdiyimiz müddətdə şirkət olaraq böyük uğurlara imza atmışıq.

4

Fəaliyyət müddətimiz/il

6

Komadamızın tərkib sayı/nəfər

225

Uğurlarımız

25

Məğlubiyyətimiz


Komandamız


Vüqar Yusifov

Direktor

Hüquqşünas

Hüquqşünas

Mütəxəssis


Tərəfdaşlarımız