Xidmətlərimiz


Fərdi hüquq xidmətləri


  • İddia ərizələrinin, yazılı müraciətlərin və şikayətlərin hazırlanması və tərtib edilməsi

  • Nigahın pozulması və nigah pozulduqdan sonra yaranan uşaq, valideynlik, aliment, əmlak və digər mübahisələrinin həlli zamanı hüquqi yardım və təmsilçilik

  • Daşınmaz əmlaka dair hüquqların müdafiəsi, dövlət qeydiyyatı və əmlakın sənədləşdirilməsi istiqamətində hüquqi yardım

  • Qanunvericiliklə icazə verilən hallarda bütün dövlət və yerli özünüidarə orqanları və ya üçüncü şəxslər (hüquqi və ya fiziki) qarşısında nümayəndəlik və ya təmsilçilik

  • Müxtəlif sahələr üzrə müqavilələrin tərtib olunması, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi

  • Təqdim edilən sənədlərin hüquqi ekspertizasının keçirilməsi və müvafiq rəyin (yazılı və ya şifahi) verilməsi

  • Əcnəbilər üçün Azərbaycan Respublikasında tələb olunan müxtəlif növ sənədlərin haırlanmasında köməklik göstərilməsi

  • Əcnəbilər üçün müvəqqəti yaşayış üçün icazə, iş icazəsi, vizanın uzadılması, müvəqqəti yaşayış icazəsinin uzadılması, yaşayış yeri üzrə qeydiyyat

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq xüsusi icazələrin (lisenziyaların) alınmasında hüquqi yardım

  • Kredit, İpoteka, girov müqavilələrindən irəli gələn mübahisələrin həlli üçün hüquqi yardım

  • Borc, pul tələbi, dəymiş ziyan və digər iqtisadi mübahisələrlə bağlı hüquqi yardım

  • Müqavilə baglamağı, dəyişməsi və icrası ilə bağlı mübahisələrin nizamlanması.

  • Əmək münasibətlərindən yaranmış mübahisələrin düzgün həlli üçün hüquqi yardım

  • Mülki, cinayət, əmək, ailə, iqtisadi və digər mübahisəli məsələlərlə bağlı məhkəmə və digər dövlət və ya qeyri-dövlət qurumlarında hüquqların müdafiəsi və təmsilçilik.

  • Digər hüquq məsələləri ilə bağlı yazılı və ya şifahi konsultasiyaların verilməsi

Korporativ hüquq xidmətləri


  • Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, təqdim olunmuş müqavilə layihələrinə dair yazılı rəylərin verilməsi, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində iştirak

  • İcra prosesində olan müqavilələrə əlavə və dəyişikliklərin olunması və ya müqaviləyə xitam verilməsi üzrə tədbirlərin görülməsi

  • Müəssisə və ya təşkilatın daxili sənədləşmə və kargüzarlıq işinin qanunauyğun şəkildə həyata keçirilməsinin müşayiət olunması

  • Əmək müqavilələrinin hazırlanması və əmək hüququ üzrə konsultasiyaların verilməsi və kadr kargüzarlığı

  • Müştərinin maraqlarının dövlət və ya məhkəmə orqanları, eyni zamanda üçüncücü şəxslər qarşısında müdafiəsi

  • Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili

  • Hüquqi şəxsin təsisi və yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə)

  • Müxtəlif strukturlu kommersiya və ya qeyri kommersiya müəssisələrinin yaradılması

  • Rezident və qeyri rezident hüquqi şəxslərin filial və nümayəndəliyinin yaradılması, ləğvi

  • Nizamnamə kapitalındakı payların alqı-satqısı, nizamnamə kapitalının artırılması-azaldılması, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnaməyə dəyişiklik və bunların dövlət qeydiyyatı

  • Xüsusi icazə tələb olunan fəaliyyət sahələri üçün xüsusi icazələrin (lisenziya) alınması

  • Bütün növ mülki-hüquqi müqavilələrin, birgə fəaliyyət razılaşmalarının tərtib edilməsi, rəy verilməsi və icrasına nəzarət

  • Patent və müəlliflik hüququnun qeydiyyatı və müdafiəsi

  • Korporativ mübahisələrin həlli, hüquqi şəxslərin maraq və mənafelərinin məhkəmələrdə, müvafiq dövlət və icra qurumlarında müdafiəsi

  • Debitor və kreditor borcların inventarizasiyası və təhlili. Problemli debitor borcların geri qaytarılması, borc öhdəliklərinin idarə olunması

  • Əmək münasibətlərindən yaranmış mübahisələrin düzgün həlli üçün hüquqi yardım

  • Mülki, cinayət, əmək, iqtisadi və digər mübahisəli məsələlərlə bağlı məhkəmə və digər dövlət və ya qeyri-dövlət qurumlarında hüquqların müdafiəsi və təmsilçilik

  • Digər hüquq məsələləri ilə bağlı yazılı və ya şifahi konsultasiyaların verilməsi

 QEYD:

  • Yuxarıda göstərilən hüquq xidmətləri üzrə xidmət haqqı danışıqlar yolu ilə müəyyən edilir.
  • Bütün növ mübahisələrlə bağlı konsultasiyalar ödənişlidir.