İranda koronavirusdan ölüm halları azalır

Bu günə olan məlumata əsasən İranda koronavirusa yoluxanların və ölənlərin sayında yenə də artım müşahidə olunub.

İranın Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, yoluxanların sayı 89 min 328 nəfərə, ölənlərin sayı isə 5 min 650-yə çatıb.

Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə olunan 68 min 193 nəfər sağalaraq evə buraxılıb. Açıqlamada qeyd edilir ki, son 24 saat ərzində virusa yoluxan 76 nəfər həyatını itirib. Bu rəqəm ölüm hallarının azaldığını göstərir. Aprelin əvvəlində hər gün yüzdən çox adam ölürdü. İndi isə virusun tam nəzarət altına alınmasının nəticəsində ölün halları azalıb.

Nazirlik əhalini karantin rejiminin yumşaldılmasına baxmayaraq ehtiyatlı olmağa, sosial məsafə gözləməyə, tibbi maskalardan istifadə etməyə, ictimai nəqliyyatdan az istifadə etməyə və əlləri yaxşı yumağa çağırıb.

Bu arada Qətər Dövləti 15 ton tibbi ləvazimat və preparatlardan ibarət olan humanitar yardımı İrana çatdırıb.

İran Prezidenti ilə Qətər Əmiri telefonla əlaqə saxlayaraq koronavirusa qarşı birgə mübarizəni müzakirə ediblər.

İstinad

www.azertag.az

 75 ümumi baxış sayı,  1 bu günkü baxış sayı

Paylaşın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir