Məhkəmə qərarlarını icra etməyənlər cinayət məsuliyyətinə cəlb oluna bilər!

Məhkəmələr tərəfindən mübahisəli məsələlərlə bağlı müvafiq məhkəmə aktlarının qəbul edilməsinə baxmayaraq təəsüflər olsun ki, həmin aktlar icra edilmir və ya icrası gecikdirilir. Buna görə də, icra məmurları tərəfindən məcburi icra tədbirləri tətbiq edilir.

Məhkəmə aktını qəsdən icra etməyənləri hansı cəzalar gözləyir? Məhkəmə aktlarını icra etməyənlər ilkin olaraq inzibati və daha sonra cinayət məsuliyyətinə cəlb oluna bilər.

Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət məsuliyyəti yaradır.

Belə əməlləri törətmiş şəxsləri iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

 29 ümumi baxış sayı,  1 bu günkü baxış sayı

Paylaşın