Oğurluq edən şəxs inzibati məsuliyyətə cəlb oluna bilərmi?

Bəzən oğurluq hadisəsi törədən şəxslər yaxalandıqdan sonra inzibati məsuliyyətə cəlb edildikdə, bu zərərçəkmiş şəxslərin narazılığına səbəb olur.

Qanunvericiliyə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət məsuliyyəti yaradır.

Lakin nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Zərərçəkmiş şəxsə dəymiş zərər 500 manatdan aşağı olduqda hadisəni törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

İnzibati Xətalar Məcəlləsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə hadisəni törətmiş şəxs barəsində yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.

 554 ümumi baxış sayı,  1 bu günkü baxış sayı

Paylaşın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir