Polisin qanuni tələblərinə qəsdən tabe olmamaq məsuliyyət yaradrırmı?

Bəzi şəxslər polisin qanuni tələblərinə tabe olmadıqda heç bir məsuliyyətə cəlb olunmayacaqlarını düşünür.

Qeyd edək ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.

Belə əməlləri törətmiş fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

 24 ümumi baxış sayı,  1 bu günkü baxış sayı

Paylaşın