Rusiya Dövlət Dumasının deputatı koronovirus infeksiyasına yoluxub

Rusiya Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqə Komitəsinin sədri Leonid Kalaşnikov koronovirus infeksiyasına yoluxub.

Bu barədə jurnalistlərə deputat özü məlumat verib. Xəstəliyə öz sürücüsündən yoluxduğunu qeyd edən L.Kalaşnikov deyib ki, tomoqrafiya zamanı hər iki ağ ciyərinin iltihabı müəyyən edilib. Deputat hazırda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Leonid Kalaşnikovun 59 yaşı var.

İstinad

www.azertag.az

 184 ümumi baxış sayı,  1 bu günkü baxış sayı

Paylaşın