Sosial şəbəkələrdə təhqir etmə və ya böhtan atma cinayət hesab edilirmi?

Bəzi şəxslər sosial şəbəkələrdə saxta addan və ya profildən istifadə edərək istədiyi şəxsi təhqir edir və ya ona böhtan atır. Bəzən bu hadisəyə məruz qalan şəxs cəmiyyətdə, qohumları və ya tanışları arasında nüfuzunu itirir. Hər bir halda bu cür hadisəyə məruz qalan şəxs ilk öncə hüquq mühafizə orqanlarına müraciət etməlidir.

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət məsuliyyəti yaradır.

Belə əməlləri törətmiş şəxsləri min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

 812 ümumi baxış sayı,  3 bu günkü baxış sayı

Paylaşın