Prezident İlham Əliyevdən YENİ TƏYİNATLAR

Prezident İlham Əliyev Ali Məhkəmə sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Çingiz İsgəndər oğlu Əsgərov Ali Məhkəmə sədrinin müavini təyin edilib.

Hafiz Qənbər oğlu Nəsibov Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri təyin edilib.

Xəqani Səyyad oğlu Məmmədov Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri təyin edilib.

Kəmalə Nəbi qızı Abiyeva Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri təyin edilib.

Sənan Firudin oğlu Hacıyev Ali Məhkəmənin Mülki Kollegiyasının sədri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İstinad

www.azertag.az

 145 ümumi baxış sayı,  1 bu günkü baxış sayı

Paylaşın