İstifadə olunmayan məzuniyyətə görə iş yerindən pul tələb edilə bilərmi?

Bəzi işçilər müəyyən səbəblərdən uzun müddət məzuniyyət haqqından istifadə etmirlər. Bəs bunun əvəzindən iş yerindən pul tələb edilə bilərmi?

Qeyd edək ki, Qanunvericiliyin tələblərinə görə Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin əmək münasibətlərinə xitam verilərkən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Bəzən iş yerində bütün işçilər eyni vaxtda əmək məzuniyyətinə çıxmaq arzusunda olur. Belə hallarda müəssisə rəhbərliyi nə etməlidir?

İşçilərin növbəlilik əsasında məzuniyyətə çıxmasına yol verilir. İşəgötürən normal iş gedişini tənzimləmək məqsədilə əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiqlənir.

 143 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın