
Bəzən vətəndaşlar bir sıra torpaq sahələrini sənədləşdirməkdə çətinlik çəkirlər. Tez-tez verilən suallardan biri də budur ki, Texniki pasportla torpağa çıxarış almaq mümkündürmü?
Aşağıda göstərilən iki texniki pasportdan biri ilə torpaq sahəsinə çıxarış almaq mümkündür:
1). Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlarla;
2). Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlarla (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
410 ümumi baxış sayı, 2 bu günkü baxış sayı