Online hüquq məsləhəti – artıq xidmətinizdədir.

İnternational Legal Services MMC (İLS) müştərilərini düşünərək onların rahat qaydada hüquqi məlumat alması üçün online hüquq məsləhətlərinin verilməsini təşkil etmişdir. Online məsləhət İLS-nin saytı, facebook, instagram və telefon vasitəsi ilə həyata keçirilir.

Xidmət həftənin bazar ertəsi-şənbə günlərində saat 10:00-dan 19:00-dək həyata keçirilir.

Online hüquq məsləhətinin verilmə prosesi aşağıda göstərilən qaydada həyata keçirilir:
1) Şirkətimiz online hüquq məsləhəti üçün Facebook, İnstagram, WhatsApp, sayt və ya telefon vasitəsi ilə müştərilərin suallarını qəbul edəcək;
2) Müştəri tərəfindən online və ya Millön ödəmə terminalından ödəniş edilməli;
3) Ödəniş qəbul edildikdən sonra peşəkar hüquqşünaslar tərəfindən operativ və ətraflı olaraq suallar cavablandırılacaq.

 148 ümumi baxış sayı,  4 bu günkü baxış sayı

Paylaşın