
Bəzən boşanma zamanı qadınlar gəlin köçdüyü qaynata və ya qaynana evindən pay alacağını zənn edirlər. Qeyd edək ki, yalnız nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və həmin əmlak tərəflər arasında bölünür.
Qanunla qadın qayınata, yaxud qayınanasının adına olan evə gəlin köçübsə, mülkiyyətçi ilə müqavilə bağlanmalıdır. Yəni qayınata müqavilədə göstərməlidir ki, qeydiyyatı olmasa belə, gəlinə onun evində yaşamağa icazə, yəni mülkündə yaşamaq hüququ verir. Bu zaman boşanma olarsa, həmin müqaviləni məhkəməyə təqdim etməklə gəlinə həmin evdə yaşamaq hüququ verilə bilər.
Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
361 ümumi baxış sayı, 2 bu günkü baxış sayı