Boşanmış valideynlər hansı hallarda uşağı xarici ölkəyə apara bilər?

Qeyd edək ki, Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında mümkündür.

Aşağıda göstərilən hallarda atanın razılığı tələb edilmir:
✔️Uşağın atalığın müəyyən edilməsi yoxdursa yəni nikahdan kənar doğulan uşağdırsa uşağın atasının razılığı tələb edilmir. Qediyyat şöbəsinin arayışı kifayət edir.
✔️ Ata (ana) valideynlik hüquqlarından məhrum edilmişsə uşağın atasının (anasının) razılığı tələb edilmir.

 120 ümumi baxış sayı,  1 bu günkü baxış sayı

Paylaşın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir