Fərdi hüquq xidmətləri

“İnternational Legal Services” MMC hüquq şirkəti, aşağıda göstərilən fərdi hüquq xidmətlərini təklif edir.

✔️İddia ərizələrinin, yazılı müraciətlərin və şikayətlərin hazırlanması və tərtib edilməsi
✔️Nigahın pozulması və nigah pozulduqdan sonra yaranan uşaq, valideynlik, aliment, əmlak və digər mübahisələrinin həlli zamanı hüquqi yardım və təmsilçilik
✔️Daşınmaz əmlaka dair hüquqların müdafiəsi, dövlət qeydiyyatı və əmlakın sənədləşdirilməsi istiqamətində hüquqi yardım
✔️Qanunvericiliklə icazə verilən hallarda bütün dövlət və yerli özünüidarə orqanları və ya üçüncü şəxslər (hüquqi və ya fiziki) qarşısında nümayəndəlik və ya təmsilçilik
✔️Müxtəlif sahələr üzrə müqavilələrin tərtib olunması, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi və müqavilə münasibətlrıindən yaranmış mübahisələrin tənzimlənməsi
✔️Təqdim edilən sənədlərin hüquqi ekspertizasının keçirilməsi və müvafiq rəyin (yazılı və ya şifahi) verilməsi
✔️Əcnəbilər üçün Azərbaycan Respublikasında tələb olunan müxtəlif növ sənədlərin hazırlanmasında köməklik göstərilməsi
✔️Əcnəbilər üçün müvəqqəti yaşayış üçün icazə, iş icazəsi, vizanın uzadılması, müvəqqəti yaşayış icazəsinin uzadılması
✔️Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq xüsusi icazələrin (lisenziyaların) alınmasında hüquqi yardım
✔️Kredit, İpoteka, girov müqavilələrindən irəli gələn mübahisələrin həlli
✔️Borc, pul tələbi, dəymiş ziyan və digər iqtisadi mübahisələrin həlli
✔️Əmək münasibətlərindən yaranmış mübahisələrin düzgün həlli
✔️Mülki, cinayət, əmək, ailə, iqtisadi və digər mübahisəli məsələlərlə bağlı məhkəmə və digər dövlət və ya qeyri-dövlət qurumlarında hüquqların müdafiəsi və təmsilçilik
✔️Digər hüquq məsələləri ilə bağlı yazılı və ya şifahi konsultasiyaların verilməsi.