Korporativ hüquq xidmətləri

“İnternational Legal Services” MMC hüquq şirkəti, aşağıda göstərilən korporativ hüquq xidmətlərini təklif edir.

✔️Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, təqdim olunmuş müqavilə layihələrinə dair yazılı rəylərin verilməsi, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində iştirak
✔️İcra prosesində olan müqavilələrə əlavə və dəyişikliklərin olunması və ya müqaviləyə xitam verilməsi üzrə tədbirlərin görülməsi
✔️Müəssisə və ya təşkilatın daxili sənədləşmə və kargüzarlıq işinin qanunauyğun şəkildə həyata keçirilməsinin müşayiət olunması
✔️Əmək müqavilələrinin hazırlanması və əmək hüququ üzrə konsultasiyaların verilməsi və kadr kargüzarlığı
✔️Müştərinin maraqlarının dövlət və ya məhkəmə orqanları, eyni zamanda üçüncücü şəxslər qarşısında müdafiəsi
✔️Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili
✔️Hüquqi şəxsin təsisi və yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə)
✔️Müxtəlif strukturlu kommersiya və ya qeyri kommersiya müəssisələrinin yaradılması
✔️Rezident və qeyri rezident hüquqi şəxslərin filial və nümayəndəliyinin yaradılması, ləğvi
✔️Nizamnamə kapitalındakı payların alqı-satqısı, nizamnamə kapitalının artırılması-azaldılması, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnaməyə dəyişiklik və bunların dövlət qeydiyyatı
✔️Xüsusi icazə tələb olunan fəaliyyət sahələri üçün xüsusi icazələrin (lisenziya) alınması
✔️Bütün növ mülki-hüquqi müqavilələrin, birgə fəaliyyət razılaşmalarının tərtib edilməsi, rəy verilməsi və icrasına nəzarət
✔️Patent və müəlliflik hüququnun qeydiyyatı və müdafiəsi
✔️Korporativ mübahisələrin həlli, hüquqi şəxslərin maraq və mənafelərinin məhkəmələrdə, müvafiq dövlət və icra qurumlarında müdafiəsi
✔️Debitor və kreditor borcların inventarizasiyası və təhlili.
✔️Problemli debitor borcların geri qaytarılması, borc öhdəliklərinin idarə olunması
✔️Əmək münasibətlərindən yaranmış mübahisələrin düzgün həlli üçün hüquqi yardım
✔️Mülki, cinayət, əmək, iqtisadi və digər mübahisəli məsələlərlə bağlı məhkəmə və digər dövlət və ya qeyri-dövlət qurumlarında hüquqların müdafiəsi və təmsilçilik.