Online hüquq məsləhəti

İnternational Legal Services MMC (İLS) müştərilərini düşünərək onların rahat qaydada hüquqi məlumat alması üçün online hüquq məsləhətlərinin verilməsini təşkil etmişdir. Online məsləhət İLS-nin saytı, facebook, instagram və telefon vasitəsi ilə həyata keçirilir.

Online hüquq məsləhətinin verilmə prosesi aşağıda göstərilən qaydada həyata keçirilir:
1) Şirkətimiz online hüquq məsləhəti üçün Facebook, İnstagram, WhatsApp, sayt və ya telefon vasitəsi ilə müştərilərin suallarını qəbul edəcək;
2) Müştəri tərəfindən online və ya Millön ödəmə terminalından ödəniş edilməli;
3) Ödəniş qəbul edildikdən sonra peşəkar hüquqşünaslar tərəfindən operativ və ətraflı olaraq suallar cavablandırılacaq.